Tramp üçüncü müddətə prezident olmaq istəyir

Dünya xəbərləri Xəbər 23 Oktyabr 2026 11:32 (UTC +04:00)
Tramp üçüncü müddətə prezident olmaq istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp Ayova ştatında çıxışı zamanı 2020-ci il seçkilərinin saxtalaşdırıldığını düşündüyü üçün yenidən prezidentliyə namizəd olmaq hüququna malik olduğunu bildirib.

Bu barədə RBK məlumat yayıb.

“İkinci seçkidə bizi aldatdılar, halbuki biz üç dəfə qalib gəlmişik. Buna görə də hesab edirəm ki, yenidən namizəd olmaq hüququm var”, – deyə o bildirib.

Bununla yanaşı, Ağ Ev rəhbəri böyük ehtimalla, Konstitusiyanın, onun yenidən prezidentliyə namizədliyini irəli sürməsinə mane olacağını etiraf edib. ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, eyni şəxs ABŞ prezidenti vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Donald Tramp 2016-cı il noyabrın 8-də ABŞ prezidenti seçilib və 2017–2021-ci illərdə ölkəyə rəhbərlik edib. 2020-ci il seçkilərində məğlub olan Tramp 2024-cü il noyabrın 5-də keçirilən seçkilərdə yenidən qalib gəlib və 2025-ci il yanvarın 20-də ikinci prezidentlik müddətinə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti