Azərbaycan və Özbəkistan maliyyə sektorunda təcrübə mübadiləsi aparıb (FOTO)

İqtisadiyyat Press-reliz 23 Oktyabr 2026 14:38 (UTC +04:00)
Azərbaycan və Özbəkistan maliyyə sektorunda təcrübə mübadiləsi aparıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan arasında maliyyə sektorunda institusional təcrübə mübadiləsi aparılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata əsasən, Özbəkistan Mərkəzi Bankının (ÖMB) nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında işgüzar səfərdə olub.

Səfər çərçivəsində keçirilən görüşlərdə özbək nümayəndə heyətinə risk əsaslı illik audit planının hazırlanması, keyfiyyətə nəzarət, proseslərin avtomatlaşdırılması, hesabatlılıq və audit tövsiyələrinin icrasının izlənməsi istiqamətlərində təqdimatlar edilib.

Görüşlər zamanı AMB-nin əməkdaşları qeyd olunan sahələr üzrə qurumun institusional təcrübəsi və tətbiq etdiyi yanaşmalar barədə məlumat veriblər. Tərəflər müvafiq istiqamətlərdə qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, Özbəkistan Mərkəzi Bankı ölkənin pul-kredit siyasətini həyata keçirən, milli valyutanın sabitliyinin təmin edilməsinə və bank sisteminin tənzimlənməsinə cavabdeh olan əsas maliyyə qurumudur. Bank monetar siyasətin formalaşdırılması, inflyasiyanın tənzimlənməsi, bank sektoruna nəzarət və maliyyə sabitliyinin qorunması istiqamətlərində fəaliyyət göstərir. Həmçinin, ölkədə ödəniş sistemlərinin inkişafı və bank sektorunun dayanıqlılığının artırılması onun əsas fəaliyyət istiqamətlərindəndir.

ÖMB qiymət sabitliyinin qorunması, bank sisteminin dayanıqlılığının təmin edilməsi və ödəniş sistemlərinin fasiləsiz fəaliyyətinin təşkili məqsədlərini rəhbər tutur. Qurum, həmçinin ölkənin rəsmi beynəlxalq ehtiyatlarını idarə edir və maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində tədbirlər həyata keçirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti