Bulvarda insident - 1 nəfər xilas edilib (VİDEO)

Hadisə Xəbər 23 Oktyabr 2026 13:24 (UTC +04:00)
Bulvarda insident - 1 nəfər xilas edilib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsində olan bir nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Dalğıcların həyata keçirdiyi operativ əməliyyat nəticəsində həmin şəxs Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının və kömək məqsədilə əvvəlcədən suya girmiş vətəndaşın iştirakı ilə xilas olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti