Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

Cəmiyyət Faktlar 23 Oktyabr 2026 21:00 (UTC +04:00)
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

İlkin hərbi qeydiyyata üzrsüz səbəbdən gəlməyən vətəndaşlar, eləcə də çağırışçıları hərbi xidmətə çağırış barədə vaxtında məlumatlandırmayan qurumlar cərimələnə bilər.

Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə,, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşın fərdi çağırış vərəqəsində göstərilən müddətdə üzrlü səbəb olmadan müvafiq dövlət orqanına gəlməməsinə görə 100 manat cərimə nəzərdə tutulur.

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar onların müvafiq dövlət orqanına çağırılması barədə məlumat vermədikdə və ya çağırış məntəqəsinə, yaxud toplanış yerinə vaxtında gəlmələrinə mane olduqda da məsuliyyət daşıyırlar.

Belə hallarda vəzifəli şəxslər 200 manatdan 300 manatadək, hüquqi şəxslər isə 600 manatdan 800 manatadək məbləğdə cərimə edilə bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti