Bakı. Trend:
Bu ilin oktyabr ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəətinin məbləği açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, xalis mənfəəti ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın xalis mənfəəti 352,377 milyon manat təşkil edib.traflı
İkinci sırada 297,004 milyon manat xalis mənfəət ilə “Kapital Bank” dayanıb. Siyahının üçüncü pilləsində isə 133,802 milyon manat xalis mənfəət ilə "PAŞA Bank" qərarlaşıb.
Dövr ərzində xalis mənfəəti ən az olan ban isə “Turan Bank” olub. Bankın xalis mənfəətinin həcmi 2,172 milyon manat təşkil edib.
| Banks | Net profit (loss) | |
| 1 | ABB | 352,377,31 |
| 2 | Kapital Bank | 297,004,00 |
| 3 | Pasha Bank | 133,802,00 |
| 4 | Bank Respublika | 50,285,43 |
| 5 | AccessBank | 45,246,00 |
| 6 | Bank of Baku | 27,045,36 |
| 7 | UniBank | 26,610,00 |
| 8 | Xalq Bank | 24,073,42 |
| 9 | ZiraatBank | 20,957,60 |
| 10 | Yelo Bank | 17,256,82 |
| 11 | Azer–Turk Bank | 15,166,00 |
| 12 | Rabita Bank | 13,756,73 |
| 13 | Premium Bank | 12,983,00 |
| 14 | Expressbank | 9,941,93 |
| 15 | YapikrediBank | 9,246,76 |
| 16 | VTB Bank | 7,678,36 |
| 17 | AzersenayeBank | 5,427,02 |
| 18 | Avrasiya Bank | 3,996,41 |
| 19 | AFB Bank | 3,602,52 |
| 20 | Bank Melli Iran | 3,144,20 |
| 21 | Turan Bank | 2,172,00 |
