Bakıda piyada səkisini zəbt edən metal konstruksiya yığışdırıldı (FOTO)

Cəmiyyət Xəbər 23 Oktyabr 2026 17:07 (UTC +04:00)
Bakıda piyada səkisini zəbt edən metal konstruksiya yığışdırıldı (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yasamal rayonunda, Balababa Məcidov küçəsində piyada səkisinin metal konstruksiya ilə zəbt edilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı məlumat sosial şəbəkələrdə yayıldıqdan sonra Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb.

Qanunsuz müdaxilələr aradan qaldırılıb və piyada səkisinin zəbtinə son qoyulub. Nəticədə ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin edilib.

Qeyd edilib ki, gələcəkdə də ərazidə monitorinqlər aparılacaq, bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti