Bakı. Trend:
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.
Bu barədə partiyanın "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Xatırladaq ki, MHP və onun sədri Dövlət Bağçalı Türkiyədə bəzi qüvvələrin Azərbaycana qarşı başlatdığı çirkin kampaniyaya etiraz etmiş, Azərbaycanın daxili işlərinə və iki ölkənin münasibətlərini hədəf alan addımları qətiyyətlə pisləmişdi.
Bağçalının mövqeyi Türkiyə-Azərbaycan əlaqələrinin yalnız hökumətlərarası münasibətlərdən ibarət olmadığını, həm də tarixi, milli və mənəvi bağlara söykəndiyini vurğulayır.