Bakı. Trend
Oktyabrın 23-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılmasını təmin ediblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olan 127 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Həmin gün keçirilən tədbirlərlə ailə üzvlərinə məlumat vermədən yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 8 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.
