Bakıda kafedə kütləvi dava - Saxlanılanlar var

Hadisə Xəbər 24 Oktyabr 2026 11:33 (UTC +04:00)
Bakıda kafedə kütləvi dava - Saxlanılanlar var
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakıda kafedə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib.

Trend-in məlumatına görə, hadisə ötən gün General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində qeydə alınıb.

Belə ki, dava zamanı iştirakçılar bir-birinə bıçaqla hücum ediblər. Nəticədə bir nəfər ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti