Separatçı bölgədə təbii fəlakət: ölən və yaralananlar var

Dünya xəbərləri Xəbər 24 Oktyabr 2026 11:01 (UTC +04:00)
Separatçı bölgədə təbii fəlakət: ölən və yaralananlar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tayvana daxil olan "Çampi" supertayfunu bir nəfərin həyatına son qoyub, adanın daha 527 sakini xəsarət alıb.Təbii fəlakət nəticəsində ağaclar aşıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Tayvanın Yanğınsöndürmə Xidməti bildirib ki, ölən yeganə şəxsi Lyutsyu adası yaxınlığında dalğalar aparıb. Digər zərərçəkənlər isə güclü külək və leysan yağışları zamanı xəsarət alıblar.

"Taipower" şirkətinin məlumatına görə, müvəqqəti olaraq 167 mindən çox ev elektrik enerjisiz qalıb, lakin onların əksəriyyətinə artıq elektrik enerjisinin verilişi bərpa edilib. Adanın Nəqliyyat Nazirliyi 242 aviareysin ləğv edildiyini açıqlayıb. Bununla belə, bir gün əvvəl, demək olar ki, 1000 aviareys ləğv edilmişdi. Tayvanın şimal və mərkəzi hissələrində ofislər və məktəblər artıq ikinci gündür fəaliyyətini dayandırıb.

Xatırladaq ki, de-fakto müstəqil olan Tayvan dünya birliyi tərəfindən Çin Xalq Respublikasının ərazisi hesab olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti