Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu olub

İdman Xəbər 25 Oktyabr 2026 17:51 (UTC +04:00)
Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu olub

Bakı. Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final görüşünə çıxıb.

55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada iranlı Payam Əhmədi ilə üz-üzə gəlib.

Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qızıl medal qazanıb. Bununla da Eldəniz Əzizli beşqat dünya çempionu olub.

Bu gün, həmçinin Sənan Süleymanov (77 kiloqram) qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Onun rəqibi moldovalı Aleksandrin Qutu olacaq.

Qeyd edək ki, güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti