Bakı. Trend:
Fransada qiymətlərin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən nümayişlərdə ölkə üzrə 410 min nəfər iştirak edib.
Bu barədə "BFMTV" telekanalı ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verib.
Məlumata əsasən, ən böyük aksiya Parisdə keçirilən etiraz yürüşü olub. Hakimiyyət orqanlarının məlumatına görə, yürüşdə 110 min nəfər iştirak edib.
Öz növbəsində, ölkə üzrə nümayişlərin təşkilatçılarından biri olan CGT həmkarlar ittifaqı aksiyalarda iştirakçıların sayının 800 minə çatdığını, Parisdə isə təxminən 250 min nəfərin etiraz etdiyini bildirib.