Azərbaycanın U-15 millisi futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb

İdman Xəbər 24 Oktyabr 2026 21:03 (UTC +04:00)
Azərbaycanın U-15 millisi futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb

Bakı. Trend:

Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatı və festivalında Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib.

Millimizin heyətində Müşfiq Zamanov və Həsən Məhmədov dubl edib, Yusif Əlizadə və Asif Allahverdizadə isə hərəyə bir qol vurublar.

Yığmamız növbəti oyununu oktyabrın 24-də Andorraya qarşı keçirəcək.

Qeyd edək ki, turnirdə FIFA-ya üzv 189 milli assosiasiyanın gənc futbolçuları iştirak edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti