Tramp İrana yeni zərbələrin endirilməsi ehtimalını istisna etməyib

Dünya xəbərləri Xəbər 25 Oktyabr 2026 01:47 (UTC +04:00)
Tramp İrana yeni zərbələrin endirilməsi ehtimalını istisna etməyib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında saziş əldə olunmayacağı təqdirdə İrana qarşı yeni hərbi zərbələrin endirilə biləcəyini istisna etməyib.

Donald Tramp bu barədə Florida ştatında jurnalistlərin İrana hücumların bərpası ehtimalı ilə bağlı sualını cavablandırarkən bildirib.

"Yəni doğrudanmı elə düşünürsünüz ki, belə bir niyyətim olsa, bunu sizə deyəcəyəm? Bunu etmək ehtimalım var. Lakin həm də yaxşı saziş əldə etmə ehtimalı da mövcuddur", – deyə D.Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib: "Mən bu işi sona qədər çatdıra bilərəm. Yaxud da bəlkə onlar saziş bağlayacaqlar. Bunu dəqiq bilmirəm. İstənilən halda biz qalib gələcəyik".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti