Köməksiz qalan 7 aylıq körpə xilas olunub (VİDEO)

Cəmiyyət Xəbər 24 Oktyabr 2026 15:06 (UTC +04:00)
Köməksiz qalan 7 aylıq körpə xilas olunub (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Tovuz şəhəri, Xəqani Şirvani küçəsində yerləşən yaşayış binasında körpənin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 7 aylıq körpəni valideynlərinə təhvil veriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti