Fransada atışmada ölən MMA döyüşçüsü imiş

Hadisə Xəbər 24 Oktyabr 2026 14:48 (UTC +04:00)
Fransada atışmada ölən MMA döyüşçüsü imiş
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Fransalı MMA döyüşçüsü Penqo Bossio Vanqi Parisin ətrafındakı Trapp şəhərində baş verən atışma zamanı 26 yaşında həlak olub.

Onun ölümü barədə ATCH Academy idman akademiyası sosial şəbəkələrdə məlumat yayıb.

Akademiya idmançının ailəsinə və yaxınlarına başsağlığı verərək onun “həm tatamidə, həm də onun hüdudlarından kənarda” ətrafındakılara nümunə olduğunu vurğulayıb.

Klub nümayəndələri hücum nəticəsində zərər çəkənlərin hamısına dəstəklərini də ifadə ediblər.

Xatırladaq ki, ötən gün Paris yaxınlığında baş verən silahlı insident zamanı 1 nəfər ölmüş, 5 nəfər isə xəsarət almışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti