ABŞ-də qida istehsalı müəssisəsində partlayış baş verib, işçilər təxliyə olunub

Dünya xəbərləri Xəbər 25 Oktyabr 2026 02:53 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Ayova ştatının Sidar-Rapids şəhərində qida məhsulları istehsalçısı olan “Quaker Oats Company” şirkətinin (“PepsiCo”nun törəmə şirkəti) binasında partayış baş verib.

Bu barədə yerli yanğınsöndürmə xidmətinin bölməsinin məlumatında bildirilib.

“Sidar-Rapids Yanğınsöndürmə Xidmətinin əməkdaşları partlayış və sonradan baş vermiş yanğının izlərini aşkar ediblər. Bütün işçilər təxliyə olunub. Yanğının söndürülməsi davam edir”, – deyə yerli yanğınsöndürmə xidmətinin bölməsinin məlumatında bildirilib.

Xəbər lenti

Xəbər lenti