Ağcabədidə avtomobil elektrik dirəyinə çırpılıb, 4 nəfər xəsarət alıb

Hadisə Xəbər 25 Oktyabr 2026 15:16 (UTC +04:00)
Ağcabədidə avtomobil elektrik dirəyinə çırpılıb, 4 nəfər xəsarət alıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Arazbar kəndində baş verib.

Kənd sakini, 1979-cu il təvəllüdlü Hakim Hüseynov Umud oğlu idarə etdiyi “VAZ-21014” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü H. Hüseynov, həmçinin avtomobildə olan qardaşının ailə üzvləri – 1983-cü il təvəllüdlü Adilə Hüseynova Bayramqulu qızı və onun övladları, 2021-ci il təvəllüdlü Fərqiyyə Hüseynova Səbuhi qızı və Umud Hüseynov Səbuhi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti