“Audi” ABŞ-də avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar sərmayə qoyacaq - Tramp

Dünya xəbərləri Xəbər 25 Oktyabr 2026 08:42 (UTC +04:00)
“Audi” ABŞ-də avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar sərmayə qoyacaq - Tramp

Bakı. Trend:

“Volkswagen” konserninin tərkibinə daxil olan Almaniyanın “Audi” avtomobil istehsalçısı Corciya ştatında yeni zavodun tikintisinə 4,2 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Audi” gələn aydan etibarən yaxınlıqdakı Meykon şəhərində ildə 200 min avtomobil istehsal edəcək nəhəng zavodun tikintisinə başlamaq üçün 4,2 milyard dollar investisiya yatırmağı vəd edib”, – deyə ABŞ lideri noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkiləri ərəfəsində Corciyada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Trampın sözlərinə görə, bu, ABŞ-nin avtomobil sənayesinə müasir tarixdə edilən ən böyük kapital qoyuluşu olacaq. Mitinqdə qısa çıxış edən "Audi"nin baş icraçı direktoru Gernot Döllner də şirkətin Meykonda istehsalı başlamaq niyyətində olduğunu təsdiqləyib.

ABŞ Prezidenti əmin olduğunu bildirib ki, “Audi” rəhbərliyi bu qərarı Vaşinqton administrasiyası tərəfindən tətbiq edilən tariflərə görə verib: "Gömrük tarifləri olmasaydı, onlar bura gəlməzdilər".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti