Tramp Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçdiyini iddia edib

Dünya xəbərləri Xəbər 25 Oktyabr 2026 07:40 (UTC +04:00)
Tramp Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçdiyini iddia edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Danimarka hakimiyyətinin Qrenlandiyanı ABŞ-nin nəzarətinə verməyə razılıq verdiyini düşünür.

Bu barədə Donald Tramp Corciya ştatında keçirilən mitinqdə Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib.

“Yeri gəlmişkən, Danimarka əla davrandı. Onlar Qrenlandiyanı bizə verdilər”, – deyə o bildirib. Mitinq noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində təşkil olunub.

“Bu, daşınmaz əmlak sahəsində tarixin ən böyük sövdələşməsi kimi tarixə düşəcək. Bəlkə də Venesueladan sonra”, – deyə Tramp sentyabr ayında özü, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenin imzaladığı razılaşmadan danışarkən vurğulayıb. Həmin razılaşma Arktikada yerləşən adanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərin Vaşinqtona ötürülməsini nəzərdə tutur.

“Biz onları demək olar ki, havayı əldə etdik”, – deyə Tramp Qrenlandiya və Venesueladan danışarkən əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti