“Qardaşlıq və Müttəfiqliyin Ali Zirvəsi” kitabında Azərbaycan-Özbəkistan əlaqələri əks olunub

Cəmiyyət Xəbər 26 Oktyabr 2026 17:15 (UTC +04:00)
“Qardaşlıq və Müttəfiqliyin Ali Zirvəsi” kitabında Azərbaycan-Özbəkistan əlaqələri əks olunub
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Özbəkistan üzrə iqtisadi müxbir Bütün xəbərlər

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müəllifi olduğu, Azərbaycan və özbək dillərində nəşr edilən “Qardaşlıq və Müttəfiqliyin Ali Zirvəsi” kitabının əsas məqsədi milli və mənəvi dəyərlərin qorunması, zəngin mədəni irsin yaşadılması və dünya miqyasında tanıdılmasıdır.

Trend-in müxbiri xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini və İrəvan qazısı vəzifələrini icra edən din xadimi Hacı Bəxtiyar Nəcəfov Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfransda səsləndirib.

O bildirib ki, nəşrdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi qardaşlıq münasibətləri, dövlətlər arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri, eləcə də bu münasibətlərin xalqların mənəvi yaxınlığının möhkəmlənməsinə verdiyi töhfələr əksini tapıb.

Hacı Bəxtiyar Nəcəfov qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, bu əlaqələr Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən uğurla inkişaf etdirilərək müttəfiqlik səviyyəsinə yüksəldilib.

Din xadimi xatırladıb ki, iyulun 7-də Daşkənddə keçirilən Beynəlxalq İslam Sivilizasiyası Forumu çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müəllifi olduğu, Azərbaycan və özbək dillərində nəşr edilən “Qardaşlıq və Müttəfiqliyin Ali Zirvəsi” adlı kitab-albomun təqdimatı keçirilib.

"Forum çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Şeyxülislam Allahşükür Paşazadə ilə görüşü də keçirilib". - deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti