Bakı.Trend:
Niderland üçün Azərbaycan bu regionda mühüm tərəfdaşdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə bazar ertəsi Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, məhz buna görə də Niderland Azərbaycanla əməkdaşlığı gücləndirməkdə çox maraqlıdır.
“Bu gün biz siyasi, iqtisadi, təhsil və sosial sahədə əməkdaşlığımızı dərinləşdirmək və genişləndirmək istiqamətində ortaq niyyətimizi möhkəmləndirən yol xəritəsi üzrə razılığa gəldik. Bu yol xəritəsi sülhə, Cənubi Qafqazda və ondan kənarda sabitliyə və rifaha qoyulan sərmayədir. Niderland Azərbaycanla əlaqələrini gücləndirməyi səbirsizliklə gözləyir”,- deyə T.Berendsen əlavə edib.
