Oğlu həbs edilən Arzuxan Əlizadə AMİP sədrliyindən gedir? – AÇIQLAMA

Siyasət Rəy 26 Oktyabr 2026 11:51 (UTC +04:00)
Oğlu həbs edilən Arzuxan Əlizadə AMİP sədrliyindən gedir? – AÇIQLAMA
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Bakıda kütləvi dava zamanı bir nəfərin öldürülməsi ilə bağlı cinayət işi üzrə oğlu Əhməd Əlizadə həbs edilən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin istefa verəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Sosial şəbəkələrdə məsələ ilə bağlı çoxsaylı şərhlər və fərziyyələr yayılsa da, partiya rəhbərliyində sədrin istefası məsələsinin müzakirə olunmadığı bildirilib.

Partiyanın aparat rəhbəri Rəşad Bayramov Trend-ə açıqlamasında bildirib ki, partiya fəaliyyətini sosial şəbəkələrdəki iddialar əsasında deyil, nizamnaməsinə uyğun həyata keçirir.

“Bu məsələ partiyada müzakirə predmeti deyil. Partiya öz fəaliyyətini sosial şəbəkələrdəki iddialarla yox, öz nizamnaməsi əsasında həyata keçirir. Odur ki, partiya sədrinin istefası hər hansı bir formada müzakirə predmeti deyil”, - o qeyd edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 23-də saat 00:10 radələrində Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayev bıçaq xəsarətləri nəticəsində qətlə yetirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan bir qrup şəxs, o cümlədən AMİP sədri Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə həbs edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə bütün halların, saxlanılan şəxslərin hər birinin hadisədə iştirakının, həmçinin cinayətkar birliyin fəaliyyət istiqamətlərinin və əlaqələrinin müəyyənləşdirilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti