SOCAR və “Sonatrach” neft ticarətini müzakirə edib

İqtisadiyyat Xəbər 26 Oktyabr 2026 16:30 (UTC +04:00)
SOCAR və “Sonatrach” neft ticarətini müzakirə edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

SOCAR və "Sonatrach" arasında neft və neft-kimya məhsullarının ticarəti imkanları müzakirə olunub.

Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Moskvada Əlcəzairin dövlət naziri, karbohidrogenlər naziri Məhəmməd Arkabla görüşdə energetika sahəsində əməkdaşlığın inkişafını, Birgə İşçi Qrupunun və Birgə Komissiyanın qarşıdakı iclaslarını, həmçinin SOCAR və "Sonatrach" arasında neft və neft-kimya məhsullarının ticarəti sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan və Əlcəzair arasında energetika sahəsində strateji anlaşma memorandumu 2022-ci il noyabrın 29-da imzalanıb və 2026-cı ilin mayında təsdiq edilib. Sənəd neft, qaz və neft-kimya sənayesi, eləcə də bərpaolunan enerji sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Memorandum neft və qazın kəşfiyyatı və hasilatı, enerji daşıyıcılarının nəqli və paylanması, neft-kimya sənayesi və neft məhsullarının satışı sahələrində əməkdaşlığı nəzərdə tutur.

Saziş çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan yüngül neftinin və digər neft növlərinin İtaliyada fəaliyyət göstərən Sonatrach Raffineria Italiana şirkətinə uzunmüddətli tədarükünü həyata keçirəcək.

Sənəd, həmçinin hidrogen istehsalı, enerji infrastrukturunun inkişafı, elmi-tədqiqat fəaliyyəti və kadr hazırlığı da daxil olmaqla, bərpaolunan enerji sahəsində əməkdaşlığı əhatə edir. Memorandum ilkin olaraq beş il müddətinə bağlanıb və onun müddətinin avtomatik uzadılması imkanı nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti