Bakı.Trend:
Bakıda “Özbəkistan və Azərbaycan: ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Trend-in müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycan və Özbəkistanın dövlət və diplomatik nümayəndələri, din xadimləri, alimlər, tədqiqatçılar, eləcə də mədəniyyət sahəsi üzrə ekspertlər iştirak edirlər.
Konfrans çərçivəsində İslam Sivilizasiyası Mərkəzinin fəaliyyəti, onun elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları təqdim olunur.
Qeyd edək ki, İslam Sivilizasiyası Mərkəzi Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılıb. Mərkəzin fəaliyyəti böyük əcdadların elmi və mənəvi irsinin öyrənilməsinə, İslam sivilizasiyasının dünya elminin və mədəniyyətinin inkişafına verdiyi töhfənin nümayiş etdirilməsinə, habelə bu irsin gələcək nəsillər üçün qorunub saxlanılmasına yönəlib.
Konfrans Azərbaycan və Özbəkistan arasında elmi və mədəni əlaqələrin möhkəmləndirilməsinə, birgə tədqiqatların inkişafına, eləcə də ümumi tarixi irsin və İslam sivilizasiyasının öyrənilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Xəbər yenilənir...
