Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib (FOTO/VİDEO)

Siyasət Xəbər 26 Oktyabr 2026 18:36 (UTC +04:00)
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib (FOTO/VİDEO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Qonaq qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.

Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

Xəbər lenti

Xəbər lenti