Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir

Siyasət Xəbər 26 Oktyabr 2026 20:13 (UTC +04:00)
Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Avstriya şirkətlərinin Azərbaycanda iştirakını genişləndirmək və ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Avstriyanın Azərbaycandakı səfiri Etyen Berxtold bu gün Avstriyanın Milli Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Berxtoldun sözlərinə görə, iki ölkə arasında münasibətlər etimad, tərəfdaşlıq və ortaq dəyərlər üzərində qurulub.

“Ölkələrimiz etimad, tərəfdaşlıq və ortaq dəyərlərə əsaslanan çox sıx əlaqələr saxlayır. Avstriya şirkətləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verirlər.

Bu ildən etibarən Azərbaycandan qaz alırıq. Bu, Avstriyanın və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir”, – deyə Berxtold bildirib.

O, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının əhəmiyyətini qeyd edib.

“Energetika Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığının çox mühüm tərkib hissəsi və təməl daşıdır. Lakin əməkdaşlığımız yalnız bu sahə ilə məhdudlaşmır”, – deyə səfir bildirib.

Nəqliyyat əlaqələrindən danışan Berxtold Orta Dəhlizi və Avstriya şirkətlərinin infrastrukturun inkişafında iştirak imkanlarını qeyd edib.

“Avstriya şirkətləri də daxil olmaqla, şirkətlərimizin dəmir yolları və digər texnologiyalar sahəsində təklif edə biləcəyi imkanlar var”, – deyə o bildirib.

Səfir qeyd edib ki, AZAL-ın birbaşa uçuşları bu baxımdan çox kömək edir.

Onun sözlərinə görə, cari ilin ilk yarısında Azərbaycana təxminən 2 min Avstriya vətəndaşı səfər edib.

“Bizim məqsədimiz tərəfdaşlığı daha da möhkəmləndirmək, Avstriya şirkətlərinin iştirakını genişləndirmək və yüksək səviyyəli təmasları inkişaf etdirməkdir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti