Bakı.Trend:
2026-cı ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın sığorta şirkətlərinin sığorta haqlarının həcminə görə reytinqi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, hesabat dövründə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri ümumilikdə 1,248 milyard manat məbləğində sığorta haqqı toplayıblar.
Qeyd olunur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz çoxdur.
Aşağıda 2026-cı ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın sığorta şirkətlərinin sığorta haqlarının həcminə görə reytinqi təqdim olunur:
|
Şirkətin adı |
Sığorta haqqı (milyon manat) |
|
"Paşa Həyat Sığorta" |
568,351 |
|
"Paşa Sığorta" |
308,931 |
|
"Atəşgah Həyat" |
83,579 |
|
"Atəşgah" |
69,156 |
|
"Qala Sığorta" |
52,581 |
|
"Meqa Sığorta" |
27,263 |
|
"Meqa Həyat Sığorta" |
22,760 |
|
"Xalq Sığorta" |
22,101 |
|
"Aqrar Sığorta" |
20,480 |
|
"Qala Həyat" |
20,129 |
|
"Azərbaycan Sənaye Sığorta" |
19,781 |
|
" A-Qroup" |
11,176 |
|
"Xalq Həyat" |
9,705 |
|
"İpək Yolu Sığorta" |
6,608 |
|
"AzSığorta" |
5,881 |
Yanvar-sentyabr ayları ərzində toplanmış sığorta haqlarının həcminə görə ilk sırada 568,351 milyon manat göstərici ilə “Paşa Həyat Sığorta” qərarlaşıb. İkinci yerdə 308,931 milyon manatla “Paşa Sığorta”, ilk üçlüyün sonuncu pilləsində isə 83,579 milyon manatla “Atəşgah Həyat” yer alıb.
Dördüncü yerdə 69,156 milyon manatla “Atəşgah”, beşinci yerdə isə 52,581 milyon manatla “Qala Sığorta” qərarlaşıb.
Sonrakı yerlərdə “Meqa Sığorta” (27,263 milyon manat), “Meqa Həyat Sığorta” (22,760 milyon manat), “Xalq Sığorta” (22,101 milyon manat), “Aqrar Sığorta” (20,480 milyon manat) və “Qala Həyat” (20,129 milyon manat) qərarlaşıblar.
“Azərbaycan Sənaye Sığorta”nın sığorta haqlarının həcmi 19,781 milyon manat, “A-Qroup”un 11,176 milyon manat, “Xalq Həyat”ın 9,705 milyon manat, “İpək Yolu Sığorta”nın 6,608 milyon manat, “AzSığorta”nın isə 5,881 milyon manat təşkil edib.
Beləliklə, PASHA qrupuna daxil olan iki şirkət – “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” reytinqdə ilk iki yeri tutublar.
