Bakının bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət Xəbər 26 Oktyabr 2026 00:50 (UTC +04:00)
Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakı. Trend:

Bu gün Bakının Binəqədi və Qaradağ rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar 26.10.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun S. S. Axundov küçəsinin, Qaradağ rayonunun Qobustan qəsəbəsinin, Təzə Yurd və 2A yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti