Tramp israilliləri “müstəsna döyüşçü” Netanyahuya səs verməyə çağırıb

Dünya xəbərləri Xəbər 26 Oktyabr 2026 05:00 (UTC +04:00)
Tramp israilliləri “müstəsna döyüşçü” Netanyahuya səs verməyə çağırıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bazar günü israilliləri çərşənbə axşamı keçiriləcək parlament seçkilərində hazırkı Baş nazir Benyamin Netanyahuyə səs verməyə çağırıb. O, İsrail və ABŞ-ın İrana qarşı apardığı müharibəni “birgə qələbə” nümunəsi kimi göstərib.

“Seçkiyə gedəndə unutmayın ki, Bibi müstəsna döyüşçü baş nazir olub”, — Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

O, Benyamin Netanyahunun ləqəbindən istifadə edib.

İsrailin baş naziri isə ona dəstək verən özəl 14-cü telekanalın efirində rəqiblərini Fələstin dövləti yaratmağa çalışmaqda yenidən ittiham edib və bunun “İsrail üçün fəlakət olacağını” bildirib. Benyamin Netanyahu seçki kampaniyasının əsas diqqətini təhlükəsizlik məsələlərinə yönəldib və bu sahədə etibarlı təminat verə biləcək yeganə şəxsin özü olduğunu iddia edib. Seçki kampaniyası boyunca ölkənin müxtəlif yerlərində onun təsviri olan və “Ya sağ, ya da Fələstin” şüarı yazılmış plakatlar yerləşdirilib.

O, həmçinin İran təhlükəsini ön plana çəkərək Donald Trampla birlikdə fevral ayında Tehrana qarşı başlatdığı müharibənin nəticələrini öz uğuru kimi təqdim edib. Tramp da açıq şəkildə onun namizədliyini dəstəkləyib.

“İşin 90 faizini görmüşük, cəmi 10 faizi qalıb. Bunu kim başa çatdıracaq? Eyzənkot və Müsəlman Qardaşları? Xeyr. Bunu yalnız mən edə bilərəm”, — deyə Netanyahu bildirib.

Xəbər lenti

Xəbər lenti