İstefaya göndərilən Oqtay Saraldan açıqlama

Siyasət Xəbər 26 Oktyabr 2026 13:07 (UTC +04:00)
İstefaya göndərilən Oqtay Saraldan açıqlama
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsindən istefa verən Oktay Saral qərarı ilə bağlı ilk açıqlamasını yayıb.

Trend-in məlumatına görə, O.Saral bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

O, 2016-cı ildən bəri böyük şərəf və məsuliyyətlə icra etdiyi baş müşavir vəzifəsindən istefasını təqdim etdiyini bildirib.

“Vəzifələr gəldi-gedər, titullar dəyişər. Əsas məsələ insanın hansı vəzifədə oturması deyil, hansı dəyərlərin arxasında dayanmasıdır. Bizim üçün əsas olan vəzifələr deyil, illərdir eyni istiqamətdə irəlilədiyimiz amalımız və cənab Prezidentlə çiyin-çiyinə apardığımız mübarizədir”, – deyə O.Saral qeyd edib.

O, bu qərarın inandığı dəyərlərdən və xalqa xidmət etmək əzmindən geri çəkilmək anlamına gəlmədiyini vurğulayıb.

“Dünən olduğu kimi bu gün də, sabah da cənab Prezidentin yanında, eyni inam və qətiyyətlə yolumuza davam edəcəyəm”, – deyə O.Saral əlavə edib.

O.Saral paylaşımında Allahdan onu vəzifələrin kölgəsində güc axtaranlardan deyil, həqiqətin işığında dik dayananlardan, nəyin bahasına olursa-olsun inandığı dəyərləri müdafiə edənlərdən etməsini diləyib

Məqalədə:

Xəbər lenti

Xəbər lenti