Azərbaycan süni intellekt üzrə milli infrastrukturunu qurur – Hikmət Hacıyev

Siyasət Xəbər 26 Oktyabr 2026 16:01 (UTC +04:00)
Azərbaycan süni intellekt üzrə milli infrastrukturunu qurur – Hikmət Hacıyev
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan süni intellekt konsepsiyasının inkişafına böyük əhəmiyyət verir və bu sahədə milli infrastrukturunu qurur.

Trend-in müxbiri xəbər verir ki, bu fikirləri bazar ertəsi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının “Sülh dili və dezinformasiya ilə mübarizə” mövzusunda xüsusi sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan bu istiqamətdə müxtəlif ölkələr və tərəfdaşlarla əməkdaşlıq edir.

“Azərbaycan geosiyasi və coğrafi baxımdan əlverişli mövqedə yerləşir. Ölkəmizin elektrik enerjisi potensialı strateji üstünlük yaradır və süni intellektin inkişafı üçün əlverişli zəmin formalaşdırır”, – deyə o qeyd edib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan süni intellekt məsələləri üzrə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa açıqdır.

Xəbər lenti

Xəbər lenti