Bakı. Trend:
Bakının Sabunçu rayonunda Yeni Ramana küçəsinin bir hissəsində təmir işləri ilə əlaqədar bu gündən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, işlər küçənin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsində aparılacaq.
Sürücülərdən sıxlığın qarşısını almaq üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
