Bakı. Trend:
Norveç XİN rəhbəri Espen Bart Eide ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatı ilə bağlı tənqidlərinə cavab verərək, Nobel Komitəsinin müstəqil qurum olduğunu vurğulayıb.
Bu barədə xarici işlər naziri NRK telekanalına açıqlamasında bildirib.
“Onun özü də Nobel Komitəsinin müstəqil olduğunu çox yaxşı bilir. Biz bunu ona xatırlatdıq”, – deyə Eide Norveçin NRK telekanalına bildirib.
Bir gün əvvəl Tramp Nobel Sülh Mükafatına layiq görülməməsindən yenidən narazılığını ifadə edib və Norveçi "tullantı ölkə"adlandırıb
Qeyd edək ki, Norveç Nobel Komitəsi 2026-cı il üzrə Nobel Sülh Mükafatını Cənubi Afrikadan olan hüquqşünas və insan hüquqları müdafiəçisi Navanethem (Navi) Pillaya verib. O, 2008–2014-cü illərdə BMT-nin insan hüquqları üzrə ali komissarı vəzifəsini tutub.
