Türkiyədə sabitliyin qorunması qarşıdakı dövrdə daha vacib olacaq - Ərdoğan

Siyasət Xəbər 26 Oktyabr 2026 21:03 (UTC +04:00)
Türkiyədə sabitliyin qorunması qarşıdakı dövrdə daha vacib olacaq - Ərdoğan
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində əmin-amanlıq və sabitlik mühitinin qorunmasının qarşıdakı dövrdə daha vacib olacağını bildirib.

Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan dünyadakı vəziyyətin Türkiyə üçün bu məsələnin əhəmiyyətini artırdığını qeyd edib.

O bildirib ki, Türkiyə regionda gərginliyi artıran qüvvələrə qarşı bütün imkanları ilə mübarizə aparır, münaqişələrin azaldılması, insanların əzablarının yüngülləşdirilməsi və qan tökülməsinin dayandırılması üçün səy göstərir.

“Biz əmin-amanlığa, rifaha və təhlükəsizliyə aparan yolun birlik və həmrəylikdən keçdiyinə inanırıq”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, həm siyasətdə, həm də xarici siyasətdə ölkənin yeganə istiqamətvericisi Türkiyənin maraqlarıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti