Bakı. Trend:
Azərbaycanın İsveçrəyə neft ixracının həcmi 3 dəfə artıb.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarətin gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsveçrəyə 193,6 milyon ABŞ dolları dəyərində 272,5 min ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edilib.
Trend-in bu məlumatlar əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 139,7 milyon ABŞ dolları və ya 3,6 dəfə artıb, tədarükün həcmi isə 182,8 min ton və ya 3 dəfə yüksəlib. Hesabat dövründə İsveçrə Azərbaycan neftini idxal edən ölkələr arasında onuncu yerdə qərarlaşıb.
Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsveçrəyə 53,9 milyon ABŞ dolları dəyərində 89,7 min ton neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edilib.
Qeyd edək ki, bu ilin doqquz ayında Azərbaycanın neft ixracı dəyər ifadəsində 13 faiz artıb.
Agentliyin hesablamalarına görə, yanvar-sentyabr aylarında Azərbaycandan digər ölkələrə 10,103 milyard ABŞ dolları dəyərində 15,830 milyon ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edilib.
Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 1,164 milyard ABŞ dolları və ya 13 faiz çoxdur. Bununla yanaşı, ixracın həcmi 1,166 milyon ton və ya 6,9 faiz azalıb.
