Bakı. Trend:
Yeni mövsümdə Bakı və regionlarda 549 qazanxana vasitəsilə təxminən 3 800 yaşayış binasının, həmçinin təhsil, səhiyyə və digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.
Bildirilib ki, “Azəristiliktəchizat” ASC 2026–2027-ci illər payız-qış mövsümünə hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.
Məlumata əsasən, 2026-cı il martın 1-dən oktyabrın 20-dək istilik xidmətinə görə hesablanma aparılan abonentlərin ümumi sayı 178 029 olub. Onlardan 174 788-i əhali, 2 576-sı kommersiya, 665-i isə büdcə təşkilatı abonentidir.
Xidmət göstərilən obyektlər sırasında 449 təhsil müəssisəsi və 152 səhiyyə obyekti var.
Xatırladaq ki, “Azəristiliktəchizat” ASC istilik xidmətlərinin verilməsinə noybarın 15-dən başlayacaq və 15 aprel tarixinə qədər davam edəcək.
