Türkiyənin 30 vilayətində əməliyyat - 85 nəfər tutuldu

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 09:39 (UTC +04:00)
Türkiyənin 30 vilayətində əməliyyat - 85 nəfər tutuldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin 30 vilayətində İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə “Daltonlar” kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı eyni vaxtda əməliyyat keçirilib.

"Haber7"-nin Türkiyə DİN-ə istinadənverdiyi məlumata görə, əməliyyat nəticəsində 85 şübhəli saxlanılıb.

İstintaq zamanı qruplaşmanın internet platformaları və qapalı mesajlaşma qrupları vasitəsilə pulamuzd cinayətkarlar cəlb etdiyi müəyyənləşdirilib. Cəlb olunan şəxslərin xüsusi “WhatsApp” qruplarına daxil edildiyi və müxtəlif qanlı aksiyaların həyata keçirilməsi ilə bağlı təlimatlar aldığı bildirilib.

Əməliyyat İstanbulun rəhbərliyi ilə Adana, İzmir, Ankara, Van, Bursa və Trabzon da daxil olmaqla 30 vilayətdə keçirilib.

Qruplaşmanın rəhbərinin xaricdə olduğu ehtimal edilən və barəsində “qırmızı bülleten”lə axtarış elan olunan Beratcan Gökdemir olduğu qeyd edilir.

Saxlanılan şəxslərlə bağlı polis orqanlarında prosessual tədbirlər davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti