ABŞ İran yaxınlığındakı hərbi gəmilərinin sayını 21-ə çatdırıb

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 07:53 (UTC +04:00)
George H.W. Bush aviadaşıyıcısı

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin İran yaxınlığında yerləşən hərbi gəmilərinin sayı bir həftə ərzində 17-dən 21-ə yüksəlib.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun məlumatlarında bildirilir.

Məlumata görə, bölgədə “USS George Washington” və “USS George Bush” təyyarədaşıyan gəmilərinin rəhbərlik etdiyi hərbi qruplaşma fəaliyyət göstərir. Qruplaşmanın tərkibində, həmçinin bir kreyser, 11 idarəolunan raket esminesi və üç böyük amfibiya gəmisi var.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi Qırmızı dənizdə, daha ikisi isə Hind okeanının şimal-qərbində fəaliyyət göstərir.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı da bölgədə 20-dən çox Amerika hərbi gəmisi yerləşdirilmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti