Braziliya müxalifəti məğlubiyyətlə barışdı

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 12:18 (UTC +04:00)
Braziliya müxalifəti məğlubiyyətlə barışdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Braziliyada keçirilən seçkilərdə Liberal Partiyası (Flavio Bolsonarunun namizədliyini irəli sürmüşdü -red) hazırkı prezident Lula da Silvanın yenidən prezident seçilməsi ilə nəticələnən səsvermənin nəticələrini rəsmi olaraq tanıyacağını bəyan edib.

Bu barədə EFE agentliyi məlumat yayıb.

Liberal Partiyasının lideri Valdemar Kosta Netu Lulanın adını çəkmədən partiyanın “Ali Seçki Məhkəməsi tərəfindən elan edilmiş nəticəni tanıdığını bildirib. Bununla belə , o, Bolsonarunun qaldırdığı, seçki prosesini şübhə altına alan məsələlərə lazımi qaydada aydınlıq gətirilməsini istəyib.

Hazırkı prezidentin müxalifətdən olan əsas rəqibi Flavio Bolsonaro isə məğlubiyyətini qəbul etməyib. O, Lulanın prezidentlik mandatından məhrum edilməsinə nail olmaq üçün məhkəməyə müraciət etmək qərarına gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti