Bakı. Trend:
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Salyan rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun
ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il
təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla
xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu
xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,
P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində
tutulub.
İbtidai istintaq davam edir.
Xatırladaq ki, Çiçək İsmayılova Pərvin İsmayılovun anası, Ağababa İsmayılovun isə atasıdır.
