"Instagram" "YouTube"a rəqib olur

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 16:09 (UTC +04:00)
"Instagram" "YouTube"a rəqib olur
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

"Instagram" 90 dəqiqəyədək üfüqi videoların paylaşılmasına imkan verən yeni "Features" formatını sınaqdan keçirməyə başlayıb.

"Variety" xəbər verir ki, yeni format istifadəçilərə uzun videolar paylaşmaq imkanı yaradacaq.

Hazırda funksiya ABŞ və Braziliyada məhdud sayda kontent müəllifi üçün əlçatandır. Onun geniş istifadəyə veriləcəyi tarix hələ məlum deyil.

"Instagram" daha əvvəl də 2018-ci ildə istifadəyə verilən IGTV xidməti vasitəsilə "YouTube" ilə rəqabət aparmağa çalışıb. Lakin layihə geniş populyarlıq qazanmayıb və 2021-ci ildə bağlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti