Afrika ölkəsi 2040-cı ilədək iqtisadiyyatını 10 dəfə böyütməyi hədəfləyir

İqtisadiyyat Xəbər 27 Oktyabr 2026 16:34 (UTC +04:00)
Afrika ölkəsi 2040-cı ilədək iqtisadiyyatını 10 dəfə böyütməyi hədəfləyir
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Uqanda turizmə və iqtisadiyyatın digər prioritet sahələrinin inkişafına xüsusi diqqət ayırmaqla gəlirlərini 2040-cı ilədək böyütməyi hədəfləyir.

Trend-in müxbiri xəbər verir ki, bunu çərşənbə axşamı “Gazelle Safari Company”, “Gazelle Hospitality” şirkətlərinin və “Women in Hospitality Uganda” təşkilatının təsisçisi, uqandalı sahibkar Enn Kalembe Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən müzakirədə bildirib.

Onun sözlərinə görə, Uqanda hökuməti turizmi ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri hesab edir. Strategiya 2040-cı ilədək iqtisadiyyatın 10 dəfə böyüdülməsini, kənd təsərrüfatı, turizm, mineral ehtiyatlar, elm və texnologiya da daxil olmaqla, beş prioritet sahənin inkişafını nəzərdə tutur.

Enn Kalembe turizm sektorunun məşğulluğun təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Onun qiymətləndirməsinə əsasən, əhalisi 40 milyonu ötən ölkədə bu sahədə təxminən 1 milyon iş yeri yaradılıb.

Sahibkar turizm və hotelçilik sahəsində qadınlar üçün imkanların genişləndirilməsinin vacibliyini də vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti