Mbappe uğursuz zarafata görə bütöv bir ölkəni itirdi

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2026 17:21 (UTC +04:00)
Mbappe uğursuz zarafata görə bütöv bir ölkəni itirdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Madridin “Real” klubunun fransalı hücumçusu Kilian Mbappe Çin lideri Mao Tszedunla bağlı zarafatına görə iki iri sponsorunu itirib.

"Euronews" telekanalının məlumatına görə, enerji içkiləri istehsalçısı "Dongpeng" və süd məhsulları istehsalçısı "Mengniu" futbolçu ilə əməkdaşlığı dayandırıb.

Qalmaqala səbəb Mbappenin podkastların birində sevimli memlərindən danışarkən öz üzünün Çin lideri Mao Tszedunun təsviri ilə birləşdirildiyi memi xatırlatması olub. Çində bu zarafat hörmətsizlik kimi qiymətləndirilib.

Çinin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayaraq, Çin xalqının hisslərinə toxunan ifadələrin cəmiyyətin müxtəlif təbəqələrində etiraz doğuracağını bildirib.

Hadisə Mbappenin Çindəki kommersiya fəaliyyətinə mənfi təsir göstərə bilər. Çin bazarı futbolçu üçün mühüm reklam gəlirləri mənbələrindən biridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti