Bakı.Trend:
26 yaşlı rusiyalı leytenant Lev Stupnikov Rusiya qoşunlarına endirilən zərbələrdə istifadə olunan məlumatları Ukraynaya ötürüb. Həmin hücumlar nəticəsində 300-dən çox hərbçi həlak olub.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, Stupnikov 2023-cü ilin noyabrından Uqledar yaxınlığında yerləşən 36-cı motoatıcı briqadada rabitə rəisi kimi xidmət edib. O, bölmələrin mövqeləri, radio tezlikləri və döyüş planlarını Ukrayna tərəfinə ötürüb. 2024-cü ilin fevralında onun verdiyi məlumat əsasında endirilən zərbə nəticəsində 68 hərbçi həlak olub, 60 nəfər yaralanıb. May ayında isə daha 20 hərbçinin həlak olduğu zərbəyə kömək etdiyi bildirilir.
2024-cü ilin iyulunda Stupnikov cəbhə xəttini keçərək Ukrayna tərəfinə qoşulub və daha sonra Rus Könüllülər Korpusuna daxil olub. Onun Ukrayna ilə əməkdaşlığı 2025-ci ilin sentyabrında məlum olub və həmin ay Rusiya dövləti onun barəsində axtarış elan edilib.
