Bakı. Trend:
"Mançester Yunayted" baş məşqçi Maykl Kerriklə bağlı qərar verib.
Premyer Liqa nəhəngi uğursuz nəticələrə baxmayaraq, ingiltərəli mütəxəssisi istefaya göndərməyəcək. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Klub rəhbərliyi Kerrikə inamını nümayiş etdirib. 45 yaşlı çalışdırıcıya bir neçə oyunluq şans veriləcək.
Qeyd edək ki, Maykl Kerrik bu ilin yanvarında "Mançester Yunayted"in baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda Premyer Liqada 8 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.