VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir (FOTO)

Mədəniyyət Xəbər 28 Oktyabr 2026 10:00 (UTC +04:00)
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, forumun ikinci günündə “Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi”, “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması”, “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi”, Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” adlı panel sessiyaların keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir.

Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti