Çexiyada Slovakiyanın Baş nazirinə qarşı hörmətsizlik olub

Dünya xəbərləri Xəbər 28 Oktyabr 2026 14:48 (UTC +04:00)
Çexiyada Slovakiyanın Baş nazirinə qarşı hörmətsizlik olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Slovakiyanın Baş naziri Robert Fitsо Çexiyaya səfəri zamanı etirazlarla qarşılaşıb.

Bu barədə "Aktuality" nəşri yazır.

O, çexiyalı həmkarı Andrey Babişlə birlikdə Çexoslovakiyanın yaranmasının 108-ci ildönümünə həsr olunmuş çex-slovak dostluğu abidəsinin açılışını edib.

Lakin mərasim fit səsləri və etiraz aksiyası ilə müşayiət olunub. Nümayişçilər Fitsoya müraciətlə “Rusiyaya rədd ol!” şüarını səsləndiriblər.

Etirazçılar, həmçinin Babişi və hər iki ölkənin xarici işlər nazirlərini, o cümlədən bir gün əvvəl Moskvada Sergey Lavrovla danışıqlar aparmış Yuray Blanarı (Slovakiyanın XİN rəhbəri) fitə basıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti