Bakı 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının növbəti Qlobal Forumuna ev sahibliyi edəcək

Cəmiyyət Xəbər 28 Oktyabr 2026 12:43 (UTC +04:00)
Bakı 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının növbəti Qlobal Forumuna ev sahibliyi edəcək
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) növbəti Qlobal Forumuna ev sahibliyi edəcək.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu çərşənbə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, forumun Bakıda keçirilməsi Azərbaycanla UNAOC arasında möhkəm tərəfdaşlığa əsaslanır və qlobal həmrəyliyin, strateji dialoqun inkişafına xidmət edəcək.

“Bu möhkəm tərəfdaşlığa əsaslanaraq, Azərbaycanın qlobal həmrəyliyin və strateji dialoqun inkişafına yönəlmiş ortaq sədaqətimizi daha da gücləndirərək 2027-ci ildə növbəti UNAOC Qlobal Forumuna Bakıda ev sahibliyi edəcəyindən xüsusi qürur duyuruq”, – deyə o vurğulayıb.

R.Məmmədov qeyd edib ki, Azərbaycan ötən illər ərzində dini və mədəni müxtəlifliyə hörmətin, qarşılıqlı anlaşmanın və multikultural dəyərlərin qlobal miqyasda təbliğində fəal iştirak edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş “Bakı Prosesi” qısa müddətdə qlobal dialoq və əməkdaşlıq modeli kimi beynəlxalq səviyyədə tanınıb.

Onun sözlərinə görə, Azərbaycan bu çərçivədə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına, UNAOC-un Qlobal Forumuna və Dünya Dini Liderlərinin sammitlərinə uğurla ev sahibliyi edib.

Komitə sədri Azərbaycanın islamofobiya, nifrət nitqi və ayrı-seçkiliyə qarşı mübarizədə beynəlxalq həmrəyliyi və vahid mövqeyi dəstəklədiyini də diqqətə çatdırıb.

O bildirib ki, ölkəmiz BMT-nin Antisemitizmlə Mübarizə üzrə Monitorinq və Cavab Tədbirlərinin Gücləndirilməsi üzrə Fəaliyyət Planını, həmçinin İslamofobiya ilə Mübarizə üzrə BMT Fəaliyyət Planının hazırlanması istiqamətində davam edən səyləri qətiyyətlə dəstəkləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti