Avropa İttifaqı Ermənistanda hərbi düşərgə tikdirir - TƏXRİBAT

Dünya xəbərləri Xəbər 28 Oktyabr 2026 17:26 (UTC +04:00)
Avropa İttifaqı Ermənistanda hərbi düşərgə tikdirir - TƏXRİBAT
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının maliyyə dəstəyi ilə Ermənistanda ehtiyatda olan hərbçilərin hazırlığı üçün çadır düşərgəsi inşa edilir.

Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə hökumət saatı zamanı bildirib.

Onun sözlərinə görə, düşərgə hərbi poliqonlardan birində yerləşəcək. Ehtiyatda olan hərbçilər 25 günlük təlim toplanışlarının ilk 10 gününü burada keçirəcəklər.

Nazir düşərgənin tikintisinin Avropa İttifaqının Avropa Sülh Fondu (European Peace Facility) vasitəsilə maliyyələşdirildiyini qeyd edib.

Papikyanın fikrincə, düşərgənin yaradılması ehtiyatda olan hərbçilərin qalma şəraitini yaxşılaşdırmağa və təlimlərin səmərəliliyini artırmağa imkan verəcək.

Nazir, həmçinin bildirib ki, ehtiyatda olan hərbçilər hərbi bölmələrə yerləşdirilərkən onların mülki ixtisasları və peşə bacarıqları nəzərə alınır.

Xatırladaq ki, Avropa Sülh Fondu Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində dəstək mexanizmlərindən biridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti